Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində İmişli Rayon İcra Hakimiyyətinin (RİH) həbsdə olan sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə iclasında şahidlər dindirilir.
"Report" xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində ifadə verən Şıxalı Gülməmmədov bildirib ki, sahibkarlıqla məşğul olub.
O deyib ki, V.Hacıyevlə bağlı heç bir yaxınlığı olmayıb: "Rayon daxilində tikinti-quraşdırma işləri olanda köməklik edirdim. Qaralar kənd bələdiyyəsinin sədri olmuşam. Araz çayından qum çıxarırdım, sahibkarlıqla məşğul olurdum. Pulu İmişli Rayon İcra Hakimiyyətinin mühasibatlığına verirdim".
Daha sonra şahid qismində Namiq Xankişiyev dindirilib. O söyləyib ki, rayonun abadlaşdırılmasına görə, icra hakimiyyətinin əməkdaşı İbrahim Zaidova 1 300 manat pul verib.
Şahid Hümbət Həsənov isə sahibkarlıqla məşğul olduğunu deyib: "Yanacaqdoldurma məntəqəm var idi, onu böyütmək istəyirdim. İmişli Rayon İcra Hakimiyyətinin mühasibinə müraciət etdim. Dedi ki şəhərin abadlaşdırılması üçün 3 min manat verməliyəm".
Şahid İmran Bəkirov isə ifadəsində qeyd edib ki, əvvəl İmişli şəhərinin icra nümayəndəsi olub: "Hazırda İmişlidə bələdiyyə sədri işləyirəm. Vilyam Hacıyevlə çox yaxın olmuşam. Səadət Şahpələngova adlı əməkdaşımızın işdən çıxarılmaması üçün icra hakimiyyətinin baş mühasibi Cəmil Musayevə 5 min manat pul vermişəm. Öz əmək müqaviləmin müddətinin artırılması üçün də ona 5 min manat vermişəm".
prosesdə şahid Şahid Nofəl Atakişiyev qeyd edib ki, İmişli RİH-in baş mühasibi Cəmil Musayevə 5 min manat pul verib.
Daha sonra şahid qismində Aydın Xankişiyev dindirilib. O, əvvəllər dəmir yolunda rəhbər vəzifədə işlədiyini bildirib: “Rayonun abadlaşdırılması üçün İmişli Rayon İcra Hakimiyyətinin hüquq şöbəsində çalışan İbrahim Zahidova 1 000 manat pul verdim. O da pulu Cəmil Musayevə təqdim etdi”.
Şahid Malik Əzimov isə vurğulayıb ki, İmişli RİH-in baş mühasibi C.Musayevə 2 min manat pul verib.
Onun sözlərinə görə, əvvəllər rayonda bələdiyyə sədri olub: “Vilaym Hacıyev iclasda bildirdi ki, rayonun abadlaşdırılması üçün köməklik göstərilməlidir. Həyətimin qabağında mağaza tikmək üçün isə rayonun memarı Nazim müəllimə 1000 manat pul vermişəm".
Məhkəmənin növbəti iclası martın 28-nə təyin edilib.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.
"Vilyam Hacıyevlə çox yaxın olmuşam, 5 min verdim..." - Məhkəmə
18
mart
12:53

Qarabağ
KOMMENTLƏR
"Məktəb tikintisinə ayrılan pulun 440 minini Vilyam Hacıyevə verdim"
"Vilyam Hacıyevə 990 min manat verdik" - Şirkət rəhbəri
"Şəhid ailəsi olaraq ev almaq üçün "şirinlik" kimi 10 min verdim"
Məşhur idmançı Vilyam Hacıyevin məhkəməsində ifadə verdi
Baş mühasib məbləği AÇIQLADI: “Pulu Vilyam Hacıyevə evində təqdim etmişəm”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat