Keçən günlərdə, daha dəqiqi, tam bir həftə əvvəl məlumat verdik ki, İcbari Tibbi Sığorta Agentliyi Şəkərli Diabet dövlət Proqramı” üzrə inyeksion şəkərsalıcı və hipoqlikemik dərman vasitələrinin satın alınması.üzrə tenderin qalibini açıqlayıb. Qalibin adını eşitdikdə isə heç də təccəbülənmədik.
DİA.AZ xəbər verir ki, 42 915 538 manatlıq tenderin qalibi "AVROMED COMPANY" QSC olub.
Tərəflər arasında satınalma müqaviləsi bağlanılıb.
Xatırladaq ki, bundan əvvəl "AVROMED COMPANY" MMC İcbari Tibbi Sığorta Agentliyinin Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində dərman vasitələrinin satın alınması üzrə 12 milyon 80 min 269 manatlıq tenderini qazanıb.
Onu da bildirək ki, "AVROMED COMPANY" MMC deputat Cavanşir Feyziyevə aiddir. Doğrudur, hörmətli deputatımız bununla bağlı açıqlama verərək, iddia olunanlarla təkzib edib. Necə ki, zamanında törətdiyi avtoqəzanı da inkar etdi, əvəzində yaxın adamlarından birinin adı həbsə yazıldı.
Onu da xatırladaq ki, Cavanşir Feyziyevin adı həm də Londonda mıılum məhkəmə qalmaqalında da hallanmışdı. Bundan sonra isə, Cavanşir müəllim pullarına həbs qoyanları yox, bu haqda informasiya verən ölkənin nüfuzlu media nümyəndələrini hədəfinə çevirmişdi.
Və hələ də təhqir etdiyi, aşağıladığı jurnalistlərdən üzr istəməyən Feyziyevlə bağlı hansısa ölçü götürülmür. Əksinə, ona dövlət qurumlarının əlavə milyonları da həvalə olunur...
***
İndi isə aydın olur ki, İcbari Tibbi Sığorta Agentliyi ilə Cavanşir Feyziyevin şirkətinin əməkdaşlığı bunlarla da yetinmir. Hətta dövlət agentliyi "xırda-mırda" işləri belə deputata ötürməkdən belə çəkinmir.
Deyəcəksiniz ki, milyonluq işlər nə zamandan xırda-mırda oldu... Amma bu belədir, əziz oxucu... Milyonlarını Londonda Allahın ümidinə buraxan deputatımız üçün hər halda belə pullar cibxərcliyi statusundadır...
DİA.AZ bildirir ki, son informasiyaya görə, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi “Hemofiliya xəstəliyi ilə mübarizə tədbirləri çərçivəsində” dərman vasitələrinin satın alınması ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
DİA.AZ dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Avromed Company" QSC-dir.
Qalib şirkətə 12 milyon 798,6 min manat ödəniləcək
Xatırladaq ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2016-cı ilin fevral ayında Nazirlər Kabineti yanında faliyyətə başlayıb, həmin ilin noyabr ayından publik hüquqi şəxsə çevrilib. Agentlik icbari tibbi sığortanın tətbiqini təmin edən, xidmətlər zərfi çərçivəsində tibbi xidmətin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan və bununla bağlı zəruri xərclərin ödənilməsini təmin edən qurumdur.
İddia olunanlarla bağlı Cavanşir Feyziyevin münasibətini işıqlandırmağa hazırıq... Əgər istəsə...
Dövlət Agentliyindən Feyziyevə DƏSTƏK - Deputatımız MİLYONLARI ÜYÜDÜR...
25
mart
12:19

Qarabağ
KOMMENTLƏR
Feyziyevin şirkəti milyonları XIRID EDİR - BU DA FAKT!!!
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Deputatın şirkəti ilə 4.7 milyon manat köçürəcək - Tetrasklin, tibbi spirt … üçün
Şirəliyev vəzifədə deyil, amma ŞİRƏLİ TENDERLƏRİ UDUR... - İLGİNC FAKTLAR
Dövlət Agentliyi bu şirkətlərdən 30 milyonluq dərman alır
Dövlət Agentliyinin MADAR TENDERYEYƏNİ... - İcazə verin, şübhələnək...
- Azərbaycanda bu qanunlar ləğv ediləcək
- Arayikin yeri bilindi - Keçmiş xunta başçısı bu şəhərdə gizlənir
- Kolleclərin boş qalan yerlərinə ixtisas seçimi başlayır
- Avtobuslarda cibgirlik edənlər tutuldu
- Putin Ermənistana gedir?
- Prezident Zəngilanda üç yaşayış kompleksinin və uşaq bağçasının təməllərini qoyub
- Stoltenberq Ukraynaya getdi
- Yeni doğulan körpəni zibilliyə atdılar
- Çin istehsalı olan adapter yandı, ata və qızı öldü
- Ramin Məmmədov Yevlaxda yenidən Qarabağ ermənilərinin nümayəndələri ilə görüşəcək
- Qadının intiharına görə tanışı tutuldu
- Poliklinikanın binası əxlaqsız yuvasına çevrildi– Rəsmi qurumlar nə deyir?
- Azərbaycan hərbiçiləri separatçılarla üz-üzə gəldi: “Təslim olun,sizi öldürən deyilik”
- “Doğulduğum Xankəndiyə gedib...” - Fəxrəddin Manafov
- iPhone 15 üçün "mübarizə" - Müştərilər arasında insident yaşandı
- Azərbaycandan qaçan vəzifəli şəxs həbs edilib - 3 uşaq ölmüşdü
- Tərtərdə tərk edilmiş döyüş mövqeyi - VİDEO
- Ziyarətgaha hücum edən şəxsə edam cəzası verildi
- Rusiya Paşinyanın üstünə “xüsusi təyinatlıları” göndərdi: Moskvada verilən hökm
- Zənginlik potensialı ən yüksək olan BÜRCLƏR
- Azərbaycan erməni əsilli yaralı hərbçilərə tibbi yardım göstərməyə hazırdır
- Şuşada traktor MİNAYA DÜŞDÜ
- Şuşadan götürülən tankı Albert belə məhv etmişdi
- Rəisi: Qarabağ Azərbaycanın ərazisidir, amma...
- Qız üstündə DAVA: Ölənlər var
- Prezident iclasın iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB
- Koronavirusun yeni ştamı sərhədimizə çatdı - 9 nəfər yoluxdu
- Hamilələr bu xəstəliklərlə bağlı genetik testdən keçəcək
- Xocalıda erməni təxribatının qarşısı alındı
- Baş nazirdən iki xəstəliklə bağlı qərar
- Gənc qızlar bir-birini qucaqlayaraq 15-ci mərtəbədən atıldılar
- Qonaq getdiyi evdə 7 yaşlı oğlunun boğazını kəsdi
- Putin Paşinyanın zəngini cavabsız qoyub
- Bu il narkotiklə bağlı nə qədər cinayət faktı aşkarlanıb?