Ağdam Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə rayonun işğaldan azad edilmiş ərazilərinə müvafiq icazələri olmadan keçmək istəyən şəxslər saxlanılıblar.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Ağdam rayonunun Əhmədağalı kənd sakinləri Ayaz Abbasov və Yalçın Əhmədov həmin kənd ərazisindən işğaldan azad edilmiş yerlərə daxil olmağa cəhd edərkən nəzarət qaydasına uyğun RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıblar.
Polis əməkdaşları həmin şəxslərlə izahedici söhbətlər aparıb, buna baxmayaraq onlar mina və partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə keçmək üçün cəhdlərini davam etdiriblər.
Polis əməkdaşları tərəfindən keçirilmiş tədbirlərlə A.Abbasov və Y.Əhmədov saxlanılaraq RPŞ-yə gətirilib. Onların barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunub. Məhkəmənin qərarı ilə hər iki şəxs 10 gün müddətinə inzibati qaydada həbs ediliblər.
Azad edilmiş ərazilərə keçmək istəyənlər saxlanıldı
28
mart
22:46

Qarabağ
KOMMENTLƏR
İşğaldan azad edilmiş ərazilərə icazəsiz keçmək istəyən şəxs saxlanıldı
Azad edilmiş əraziyə keçmək istəyən şəxs HƏBS OLUNDU
Azad edilmiş ərazilərə keçmək istəyən şəxs saxlanıldı
İşğaldan azad olunmuş ərazilərə keçmək istəyən şəxslər saxlanıldı
Azad edilmiş ərazilərə icazəsiz daxil olmaq istəyənlər SAXLANILDI
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər