Binəqədi rayon məhkəməsində Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.
Trend bildirir ki, hakim Mahirə Kazımovanın sədrliyi ilə keçirilən prosesdə xüsusi ittihamçının vəkili Xavər İsmayılova şikayət dəlillərini məhkəmənin diqqətinə çatdırıb.
Flora Kərimova bildirib ki, qarşı tərəfdən təhqir və böhranlara məruz qalıb və ona görə də məhkəməyə müraciət edib. O, Afət Fərmanqızının barəsində dediklərini şəxsiyyətinə hörmətsizlik hesab etdiyini bildirərək şikayətinin icraaata qəbul olunmasını xahiş edib.
Təqsirləndirilən şəxs Afət Fərmanqızı isə səhhəti ilə bağlı müalicədə olduğu üçün məhkəmədə iştirak etməyib.
Afət Fərmanqızının vəkili xüsusi ittihamçının dediklərini inkar edib.
O, təhqir hesab olunan ifadələrdə Flora Kərimovanın adının keçmədiyini bildirib.
Məhkəmənin yekun qərarına əsasən, xüsusi ittiham qaydasında verilmiş şikayət icraata götürülüb.
Xatırladaq ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızının onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) maddəsi ilə ittiham olunmasını tələb edir.
Flora Kərimovanın Afət Fərmanqızı barədə şikayəti icraata götürüldü
02
aprel
04:32

Qarabağ
KOMMENTLƏR
Flora Kərimova MƏHKƏMƏDƏ: Afət Fərmanqızı prosesə GƏLMƏDİ - FOTO
Yenidən Flora Kərimova-Afət Fərmanqızı davası - 100 min təzminat tələb edir
Afət Fərmanqızı axtarışa verildi
Flora Kərimova Afət Fərmanqızı ilə bağlı yenidən məhkəməyə müraciət etdi
Afət Fərmanqızı barəsində olan axtarışın dayandırılmasını istəyir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat