"Partlayış klubun orta hissəsindən gəldi. Mən kənarda barda dayanmışdım. Dalğa məni atdı, ayıldım ki, masanın altındayam".
Bunu aprelin 3-də baş verən partlayış zamanı "Location" klubda olan müğənni Nicat Məhərrəmov "Bizimləsən" proqramında deyib.
Müğənni partlayış baş verən anda yaşadıqlarından söhbət açıb:
"Zərbə o qədər güclü idi ki, adamları çölə atmışdı. Böyük faciə idi. Oradan bu vəziyyətdən çıxmışam, görən şok olur. İçəridə yanğın da baş verdi. Can şirin şeydi, hər kəs canını qurtarmağa çalışdı. Bir xanım məni itələdi yıxıldım, gördüm ki, yanır. Küçəyə çıxanda tüstüdən görmürdüm, yıxıldım. Şokda idim, özümdə deyildim. Dostlarımı axtarırdım, beş nəfər idik. Sağdılar, ikisi evə buraxılıb, digər ikisi xəstəxanadadır. Eləsi var ayağı sınıb, yanıqları var".
Qeyd edək ki, "Location" klubunda baş verən partlayış nəticəsində 1 nəfər (gecə klubunun əməkdaşı, 1979-cu il təvəllüdlü Maya Axundova) həlak olub, 37 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə də ziyan dəyib.
"Bir xanım məni itələdi yıxıldım, gördüm ki..." - Partlayışda olan müğənni
06
aprel
12:47

Qarabağ
KOMMENTLƏR
Partlayış baş verən zaman bu məşhur müğənni də GECƏ KLUBUNDA olub - FOTO
“Location”da yaralananlardan daha biri vəfat etdi
Aysel Şükürova da partlayış baş verən klubda olub - Səhhəti necədir?
"Saçlarım artıq yoxdur" - Partlayışda yaralanan model
Aysel "Location" klubunun sahibini polisə verdi - FOTOLAR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat