İctimai Televizya və Radio Yayımları Şirkəti (İctimai TV) tərəfindən keçirilən tender müsabiqəsinin nəticəsi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tenderin qalibi ləğv prosesində olan “Lider TV və Radio Azərbaycan” MMC (VÖEN-1400398891) olub.
Bildirilir ki, “İctimai TV” ləğv prosesində olan "Lider TV və Radio Azərbaycan" MMC-nin satış üçün nəzərdə tutulan əsas vəsaitlərin, aktivlərin və studiyasın 838 min 581 manata satın alıb.
Məlumat üçün bildirək ki, "Lider TV və Radio Azərbaycan" MMC 08.05.1997-ci ildə dövlət qeydiyyatına alınıb. Milli Televiziya və Radio Şurasının (MTRŞ) qərarı ilə "Lider TV və Radio-Azərbaycan" MMC-nin televiziya və radio yayımı 1 iyun 2021-ci il tarixdə saat 00:00-dan etibarən dayandırılıb.
Qeyd edək ki, nizamnamə kapitalı 21 milyon 140 min manat olan "Lider TV və Radio Azərbaycan" MMC-nin hazırda dövlət büdcəsinə 56 min 127 manat 15 qəpik vergi borcu var.
Onu da bildirək ki, hazırda şirkətin qanuni təmsilçisi Abbasov Mikayıl Hümmət oğlu olsa da, daha əvvəl "Lider TV və Radio-Azərbaycan" MMC-yə Əliyev Ədalət Hüseyn oğlu rəhbərlik edib.
Bağlanan "Lider TV" avadanlıqlarını bu kanala satdı – 840 min manata
06
aprel
14:11

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat