Abşeronda kişi arvadını "Tik-Tok" sosial şəbəkəsindən istifadə etdiyinə görə döyüb.
Report bildirir ki, bu barədə Abşeron Rayon Məhkəməsində keçirilən məhkəmə istintaqında elan olunub.
İttiham aktına əsasən, hadisə Abşeron rayonu, Hökməli qəsəbəsində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü V.X. (ad, soy adı şərti) həyat yoldaşı L.X. (ad, soy adı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının "Tik-Tok" sosisl şəbəkəsindən istifadə etməsi olub.
Daha sonra o, arvadının başına və bədəninin müxtəlif nahiyəsinə yumruqla vurub.
Qadının şikayətindən sonra V.X. saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 128-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İstintaq dövründə təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməyib.
Məhkəmədə elan edilib ki, hazırda tərəflər barışıb, zərərçəkmişin V.X.-ya qarşı heç bir şikayəti və tələbi yoxdur. O, məhkəmədən işin xitam olunmasını xahiş edib.
Abşeron Rayon Məhkəməsinin hökmü ilə icraata xitam verilib və V.X. cinayət məsuliyyətindən azad olunub.
Azərbaycanda kişi arvadını “Tik-Tok”a görə döydü
07
aprel
17:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat