Xalq artisti Valeh Kərimov "Üzə-düz" proqramına qonaq olub.
O, teatrdakı fəaliyyətindən, şəxsi həyatından danışıb.
"İnstitutu qurtarandan sonra ömrümün 45 ilini Sumqayıt teatrında işləmişəm. Oradan da uzaqlaşdırıldım. Bir hadisəni danışım. Bir gün direktor məni çağırdı otağına, utana-utana dedi ki, bir söz soruşum Valeh müəllim. Siz aktyorluğu bitirmisiniz? Dedim, bəli. Diplomunuz var?! Dedim, bəli! Onu sabah gətirə bilərsiniz? Dedim, olar. Səhərisi gün, gətirdim, oxudu. Dedi, məni boğaza yığıblar ki, sizin ixtisasınız aktyorluq deyil. Gəlib burada Xalq artisti kimi işləyirsiniz. Universiteti bitirəndə imtahan komissiyasına rəhmətlik Hökümə Qurbanova imza atıb".
Valeh Kərimov həmçinin bildirib ki, aktyor olduğu üçün həyat yoldaşını ona verməkdə tərəddüt ediblər:
"Atam da o fikirdə idi. Hamı bu sənəti qəbul etmirdi. Qayınatam taksi sürücüsü idi. Dedilər oğlan rejissordur. Dedi, nə? O lap pisdir. Rejissor aktyorlara öpüşməyi, qucaqlaşmağı öyrədir. Bax, belə bir hadisə olmuşdu. Güc bəla ilə bir neçə aya razılıq ala bildik. Amma sonradan məni çox istəyirdi. Həyat yoldaşım bədbəxt hadisə nəticəsində illər əvvəl vəfat etdi. Şüurlu surətdə ikinci dəfə evlənmədim. Övladlarımla yaşayıram, mənə çox yaxşı baxırlar".
Sənət aləmindən küsdüyü deyən aktyor bunları əlavə edib:
"Evdə oturub ölümümü gözləyirəm. Söhbət küskünlükdən getmir. Bikar insanam. Mənim də bikarçılqdan təmiz zəhləm gedir. Bu sənətə gəlmişəm ki, ömürlük işləyim. Axı niyə kənarda qalım ki? Canım sağ, danışığım yerində, gözlərim görür, qulağım da eşidir. Yaratmaq istəyirəm. Maaş vermə, prezident təqaüdü alıram, amma çalışım. Axı səhnədən ötəri vaxtı ilə atam da danışdırmayıb məni. Səhnəyə hər şeyimizi qurban vermişik, səhnəyə görə gec ailə qurdum. Müəllimim dedi ki ailəlisən? Dedim subay. Dedi, özünü sənətdə tapsan evlənərsən. Gördüm tapmadım, getdim day evləndim. İkisindən birini seçdim. Evdə öz özümə nə qədər monoloq qurum? Məcburam ki, oturum ölümümü gözləyim".
Məşhur "Bəxt üzüyü" filmindəki "Moşu" obrazından danışan V.Kərimov bu rolun ona çox mane olduğunu etiraf edib:
"İndi-indi hamı mənim adımı bilir, indiyə kimi "Moşu", xalq deyirdilər: Xalqın içindən çıxmış insandır. Orada xalqın gözəl adətləri göstərilib. Bir az demaqoqlugu var, istedadsız insandır. Asan yolu seçir, istedadı yoxdur, şair olmaq istəyir. Qafiyə qoşur, düz çıxmır. Amma o rol mənə çox mane oldu. Hamını filmə çəkirlər məndən başqa. Təkcə filmim elə "Bəxt üzüyü"dür. Bir-iki dəfə məni kinostudiyaya dəvət ediblər. Gördüm pıçıldayırlar ki, sifəti "Moşu"dur, nə rol oynasa da alınmaz. Rədd eliyin getsin. Bu məni çox incidib. Axı məni qrim də etmək olardı başqa obraz üçün".
"Hamını filmə çəkirlər məndən başqa" - İşsiz qalan "Moşu"
13
aprel
12:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat