1 sentyabra gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Bakısəsinə verilən məlumata görə 1 sentyabrda Bakıda və Abşeron yarımadasında havanın günəşli olacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.
Havanın temperaturu  Abşeron yarımadasında gecə 20-24,  gündüz  28-33,  Bakıda  gecə 21-23, gündüz  31-33 dərəcə isti olacaq. Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-40 faiz təşkil edəcək.   
Abşeron çimərliklərində mülayim cənub küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.
1 sentyabrda  Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin axşam  bəzi dağlıq ərzilərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı, dolu düşəcəyi gözlənilir. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu  gecə 18-23, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz  20-25 dərəcə  isti olacaq.  
Tibbi-meteoroloji proqnoz
Sentyabrın 1-2-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.скачать dle 12.1