Məşhur bloger Aysel Şükürova sosial şəbəkə hesabında yeni paylaşım edib. 
O, instaqram hesabında yeni görüntülərini yayımlayarq səhhəti ilə bağlı açıqlama verib. Gecə klubundakı partlayış zamanı müxtəlif dərəcəli yanıq xəsarətləri alan Şükürova ağ ciyərləri və böyrəyinin də zədələndiyini qeyd edib: 
"Saçlarım, əllərim, üzüm, ayaqlarım - hamısı yanıb. Ən pis isə ayaqlarım yanıb. 4-cü dərəcəli yanıq xəsarətləri almışam. Böyrəklərim və ağciyərim də zədələnib".
Qeyd edək ki, aprelin 3-də saat 03:00 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən "Location" klubunda partlayış baş verib. 4 nəfər həlak olub, 30-dan çox adam müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 




скачать dle 12.1