Milli Hematologiya və Transfuziologiya Mərkəzi Aşura günü ilə bağlı qanvermə aksiyası keçirib.
Mərkəzi Qan Bankından Bakısəsinə bildirilib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) ölkədə karantin rejimi ilə bağlı qərarın tətbiqinə başlanan ilk günlərdən etibarən Nazirlər Kabineti yanında Operativ Qərargah ilə ətraflı məsləhətləşmələrindən sonra zəruri tövsiyələri nəzərə alaraq, koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib.
Bu il Aşura günündə vətəndaşlarımız pandemiya səbəbindən məscidlərdə deyil, Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakı şəhərində yerləşən Mərkəzi Qan Bankında və bölgələrdəki bölmələrində ehsan niyyəti ilə qan veriblər.
Qeyd edilib ki, Aşura günü Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Bakı şəhərində yerləşən Mərkəzi Qan Bankında və bölgələrdəki bölmələrində 500 nəfərə yaxın vətəndaş könüllü şəkildə qan verib.
Mərkəzi Qan Bankı qan ehtiyacı olan vətəndaşlara könüllü qan donoru olmaqla bağlı müraciət edib.
Aşura günü ilə bağlı 500 yaxın vətəndaş könüllü qan verdi
31
avqust
15:15

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat