Maliyyə Nazirliyinin Aparatının Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva nazirliyin gender məsələləri üzrə yeni məsul şəxsi təyin edilib.
Bu barədə maliyyə naziri Samir Şərifov əmr imzalayıb.
F.Abdullayeva nazirlik sistemində qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi işinin təşkili və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Aparılan büdcə islahatları çərçivəsində büdcə siyasətinin gender məqsədləri ilə uzlaşdırılması nəzərdə tutulur.
скачать dle 12.1