Bu ilin II rübündə İtaliyanın ÜDM-i əvvəlki rübə nisbətdə 12,8% və ötən ilin eyni dövrü ilə müqayisədə 17,7% azalıb. Bu, 1995-ci ildən bu yana rekord bir azalmadır.
Bakısəsi xəbər verir ki, bu barədə Milli Statistika İnstitutunun dərc etdiyi məlumatda deyilir.
İyulun sonunda sözügedən qurum II rübdə İtaliyada ÜDM-in müvafiq olaraq 12,4% və 17.3% azalacağını proqnozlaşdırdı. Lakin İtaliya iqtisadiyyatında geriləmə bir qədər də əhəmiyyətli oldu. İnstitut mütəxəssislərinin izah etdiyi kimi, bu cür məlumatlar koronavirus pandemiyası və onun fonunda ölkədə görülən məhdudlaşdırıcı tədbirlərlə əlaqədardır.
Qeyd edək ki, koronavirus pandemiyası başlayandan İtaliyada bu virusa yoluxanların sayı 268 mini ötüb, onlardan, demək olar ki, 35,5 mini ölüb.
Bu ölkənin ÜDM-i 1995-ci ildən bəri rekord səviyyədə azalıb
31
avqust
00:35

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA