May ayından etibarən qapalı məkanlarda maska tələbinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə əlaqədar söyləntilər mövcuddur.
TƏBİB-in sədri vəzifəsini icra edən Vüqar Qurbanov da bu istiqamətdə açıqlama verib.
Maraqlıdır, maska məhdudiyyətinin aradan qaldırılması ilə bərabər, vaksin pasportunun ləğvi də aktual ola bilərmi?
Mövzu ilə bağlı Sfera.az-a danışan deputat Cavanşir Paşazadə iyundan etibarən vaksin pasportunun da ləğv edilə biləcəyini deyib:
"Bu gün Azərbaycanda yoluxma sayı çox aşağıdır və demək olar ki, pandemiya yoxdur. Azərbaycan dövləti tərəfindən koronavirusla əlaqədar bütün məsələlərə vaxtında diqqətlə yanaşıldı və yetərli miqdarda vaksin gətirildi. Dövlətin bu işdə tam nəzarətinin olması, insanların qaydalara riayət etməsi yoluxma sayının minimuma enməsi ilə nəticələndi. Ola bilsin ki, mayın 1-də maska məhdudiyyətinin aradan qaldırılması və quru sərhədlərin açılması ilə bağlı qərar qəbul edilsin.
Vaksin pasportlarının ləğvi Azərbaycanda da həyata keçirilməlidir. Artıq ölkədə karantin qaydalarının yumşaldılması istiqamətində əhəmiyyətli addımlar atılıb. Bu baxımdan vaksin pasportunun da iyundan etibarən ləğv edilməsi ağlabatan məsələdir. Avropa bu pasportun ləğvi ilə bağlı qərar qəbul etdikdən sonra bizdə də belə bir sənədə gərək qalmayacaq”.
Vaksin pasportları da ləğv edilir? - İyundan etibarən…
21
aprel
16:54

Qarabağ
KOMMENTLƏR
Əhaliyə şad xəbər: Pandemiya bitir, qadağalar aradan qaldırılır – ÖZƏL
Qapalı məkanlarda maska tələbi ləğv olunacaq? - AÇIQLAMA
Mayın 1-dən maska tələbi ləğv edilir: Quru sərhədlərin bağlı qalmasında kim maraqlıdır?
Azərbaycanda quru sərhədlər nə vaxt açılacaq? - AÇIQLAMA
Məcburi maska qərarı 3 il sonra ləğv edildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat