"Hansı ölkədən alınmasından asılı olmayaraq, son bir ayda dünya bazarlarında buğdanın qiyməti yenidən artıb".
Bunu açıqlamasında iqtisadçı Natiq Cəfərli deyib. Onun sözlərinə görə, Azərbaycan indi Hindistan və Qazaxıstanla danışıqlar aparır.
"Fevral və mart ayında Qazaxıstandan buğda alışı kifayət qədər artıb. Amma buna baxmayaraq qiymət yenə də dəyişib. Ötən ilin birinci rübü ilə müqayisədə ölkəyə idxal edilən buğdanın dəyəri 30,6% artıb, həcmi isə 2,7% azalıb. Bu onu göstərir ki, yeni məhsul çıxana qədər qiymət artımı davam edəcək. Bəlkə yeni məhsul çıxandan sonra bir qədər ucuzlaşma olsun. O da məhsuldarlıqdan asılı olacaq. Dünyanın əsas taxıl anbarları hesab olunan ölkələrdə (Kanada, Misir və s.) taxıl bolluğu olarsa, o zaman bəlkə qiymətlərdə müəyyən ucuzlaşma olsun".
N.Cəfərli bildirib ki, indiki şəraitdə qiymətin yaxın zamanlarda aşağı düşməyəcəyini demək mümkündür:
"Bu da Azərbaycanda növbəti dəfə un, un məmulatlarının və çörəyin qiymətinin artmasına səbəb ola bilər. Belə ki, baha qiymətə alınmış taxıldan istehsal olunmuş un və çörəyin yüksək qiymətə satılması məcburiyyəti olacaq. Bu səbəbdən də dövlət tərəfindən müəyyən dotasiyalar verilməlidir. Hələki bununla bağlı müzakirələr belə yoxdur".
Un və çörəyin qiyməti yenidən arta bilər
22
aprel
13:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat