“Məmur-vətəndaş münasibətləri sağlam zəmində qurulmalıdır. Məmurlar özlərini təvazökar aparmalıdırlar, insanlara qayğı göstərməlidirlər. Unutmamalıdırlar ki, onlar tutduğu vəzifələrdə xalqa xidmət etmək üçün işləyirlər və əlbəttə ki, xalqın bütün problemləri, bütün qayğıları öz həllini tapmalıdır”.”
Bunu prezident Ilham Əliyev deyib. Özü də bir dəfə yox, dəfələrlə məmurlara xəbərdarlıq edib.
Ancaq Ağdamda bu tövsiyyələrə əməl edənlər yoxdu. İcra başçısı Vaqif Həsənov kabinetdən nə çölə çıxmır, nə də kimsəni qəbul etmir.
Vətəndaşların şikayətini dinləyən yoxdur, sosial-problemlər içində sıxılan ağdamlılar Prezident Aparatına və başqa qurumlara paçkalarla şikayət yollayır.
Rayonda söhbət gəzir ki, Vaqif Həsənov taleyi ilə barışıb, deyirlər yaxında çıxaılacaq. Ona görə vəzifədə qaldığı günlərin dadını çıxarır.
Məlumatda deyilir ki, icra başçısının kabinetinə gedən şikayətçilərin yolunu “Ərəbzəngi” missiyasını öz üzərinə götürmüş Allahverən Əliyev icra edir.
Zəngişalı kəndindən olan vətəndaş Məmmədova Sevda Nadir qızı deyir ki, həyat yoldaşı Məmmədov Bəxtiyar 4 dəfə komaya düşmüş şəkər xəstəsidir.
İş qabiliyyətini itirib. Sevda xanım dəfdələrlə icra hakimiyyətinə gedib ki, işlə təmin edilsin, acından ölməsinlər. Başşının qəbuluna düşə bilmir.
Allahverən Əliyev isə deyib ki, şikayət məktubunu evimə gətir.
Şikayətçinin aiudioyazısı təqdim edirik, dinləyə bilərsiz.
Sadəcə bir şey maraqlı. Allahverən Əliyev icra hakimiyyətinin rəsmi binasına yox, məktubu evinə gətirməyi niyə tələb edib?
Yaşının ahıl çağında buna nə ad verək? Zatən tezliklə pensiya yaşı çatır. Başçı kimi o da yol üstədir.
Allahverən Əliyev haqda axtarış versək də bir müsbət yazı tapmadıqş Olanıar isə bunlardır:
“Daxil olan məlumatda qeyd olunur ki, A.Əliyev vəzifəsindən istifadə edərək yüzlərlə hektar torpağı zəbt edib.
Bundan başqa Quzanlı qəsəbəsində Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin (SHÇDX) Ağdam şöbəsinin yaxınlığında 35 min manata restoran alıb:
“Həmin restoranı Gəncədən gələn iki nəfər qız işlədir. Bundan başqa Quzanlı-Hindarx yolunda rayon sakinlərinə məxsus bir neçə hektar torpağı onların əllərindən alaraq həmin ərazidə kafe və daş bazarı tikdirib. Onun Sahil adlı oğlu isə Çəmənli kəndində böyük market və standartlara uyğun olmayan pendir sexi işlədir. Həmin sexdə lisenziyasız dovğa və saçaq pendir hazırlatdırılar. Bundan başqa bir neçə sahibkarın da sexlərini əllərindən alaraq orada lisenziyasız süd məhsulları hazırlatdırılar”,deyə məlumatda bildirilir.”
Bax belə, sexin var. Get pendirini sat. Axı bu vətəndaşları dövlətdən niyə incik salırsınız.
Ardı var.
Başı pendir sexinə qarışan başçı müavini Allahverən Əliyev ağdamlıları necə incidir- Video
31
avqust
18:58

Qarabağ
KOMMENTLƏR
“Qaydaların pozulması və bunun acı nəticələri hər kəs üçün dərs olmalıdır” - İlham Əliyev
Prezident: "Bütün kəndləri bir-bir gəzib problemləri həll etməlisiniz"
“Siz öz işinizdə həmişə insanlarla bir yerdə olmalısınız" - İlham Əliyev
Prezidentdən sahibkarlara mane olan məmurlara XƏBƏRDARLIQ
“Prezidentin korrupsiyaya və rüşvətxorluğa qarşı mövqeyi ortadadır”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat