“Sonuncu dəfə analizin nəticələrində cavab çıxdı ki, xəstəlik ağciyər, qaraciyər və sümüklərə yayılıb. Ona görə də 10 ədəd şüa qəbul etdim. Gördük ki, təsiri olmadı, yenidən kimya terapiyalar götürmək məcburiyyətində qaldım. Kimya alıram, ona görə də bir az çəki atmışam. Çünki kimya alan insan yemək yeyə bilmir, ona görə də yeyə bilməməkdən arıqlayır. Mədəm onsuz da balacadır, bəzən görürsünüz ki, 6-7 gün ancaq su içə bilirəm, yemək yemirəm”.
Bunu Moderator.az-a açıqlamasında tanınmış aktrisa Tünzalə Əliyeva deyirb.
O əlavə edib:
“Bu günə şükür, çalışıram ki, öz pozitivliyimi qoruyub saxlayım. Xəstəlik mənim , evimdə 4 divarım üçündür, amma mən aktrisayam, insanlara pozitiv enerji ötürməliyəm. İnsanların mənim xəstəliyimdə heç bir günahı yoxdur.
Dəfələrlə bu xəstəlikdən əziyyət çəkən insanlar mənə yazıb, onlara ürək-dirək verirəm, deyirəm ki, hər şey yaxşı, gözəl olacaq. Mən də bu ümidlə yaşayıram ki, nə vaxtsa birdəfəlik bu xəstəlikdən canım qurtaracaq.
Hər dəfə xəstəxanaya gedəndə qızım deyir ki, ana sağalacaqsan? Sənin saçın nə vaxt çıxacaq? Deyirəm ki, vitaminlər qəbul edəcəm, sağalacam. Yaxşı ki, ailəm, həyat yoldaşım mənə dəstəkdir”.
Tünzalə Əliyeva yeni işlərindən də danışıb:
“İşimin başındayam. İrəvan Dövlət Azərbaycan Dram teatrında da çalışıram. Yeni-yeni obrazlar axtarşındayam. Serial və film çəkilişlərim olur, “Söhbət var” verilişində obrazla çıxış edirəm. Sonuncu dəfə “Beşbetər” filmində çəkildim, ölkənin bütün kinoteatrlarında nümayiş olundu".
"Elə olur ki, 6 gün ancaq su içirəm” - "Toppuş bacı"
22
aprel
14:44

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu