Xəbər verdiyimiz kimi, keçmiş Baş nazir Novruz Məmmədovun nəvəsi Qasımın kiçik toyu olub. Çoxdandır görünməyən N.Məmmədovun nəvəsinin kiçik toyundan görüntülərinin yayılması müzakirələrə səbəb olub. Kiçik toy məclisi Bakıda bahalı restoranlardan birində keçirilib.
“Yeni Sabah” xəbər verir ki, keçmiş Baş nazir Novruz Məmmədov müzakirələrə səbəb olan nəvəsinin toyundakı görüntülərlə bağlı Manset.az-a müsahibə verib. O bununla bağlı sərt açıqlama verərək həmin kadrların ondan xəbərsiz çəkildiyini bildirib.
- Novruz müəllim, həmin görüntüləri kim lentə alıb?
- Mən bilmirəm o gürüntüləri kim yayıb. Nəvəmin kiçik toyudur, məni də qızımgil dəvət edib, getmişəm. O görüntüləri kim yayır, kim bu barədə danışır, o adamların ürəyinə dərd düşsün, cəzasını çəksinlər. Getmişəm, yaxşı eləmişəm, nəvəmdir, mən eləməmişəm o toyu, qızımgil ediblər, mən də getmişəm. Hansısa alçaq çəkib bunu ötürüb. Şəxsiyyətsizlər də başlayıb müzakirə etməyə. Mən heç maraqlanmıram da bunu yayanlar kimdir, kim paylaşıb?
- Novruz müəllim ola bilərmi bunu sizi istəməyənlər qəsdən yayıb?
- Yox, ola bilməz, bunu məclisdə iştirak edən adamlardan yayıblar. Mənim heç kimə pisliyim keçməyib. Onlar da məclisi əvvəlcə keçirib, sonra pulunu ödəyəcəkdilər. Belə şərt olub ki, dedilər camaat gəlib getsin, pul yığılsın, sonra ödəyərik. Həmin adamlarla qızımgil yaxındır.
- Bəs bu hansısa məmurun sifarişi ola bilərmi?
- Yox, o ola bilməz, inanmıram. Mən öz nəvəmin toyunda iştirak edə bilmərəm? Bizim insanlar hazırda müzakirə etmək üçün mövzu axtarır, cəhhənnəmə axtarsınlar. Tüpürüm bunların hamısına, kim ola bilər, deyə bilmərəm. Kim nə istəyir eləsin. Birinin kişiliyi varsa, desin mən eləmişəm.
“Getmişəm, yaxşı eləmişəm... tüpürüm bunların hamısına” - Novruz Məmmədov
23
aprel
14:42

Qarabağ
KOMMENTLƏR
Novruz Məmmədovun kürəkəni tanınmış müğənni imiş - FOTO
Novruz Məmmədov nəvəsinin kiçik toyunda – VİDEO
“Bütün nazirlərdən aylıq haqq alırdı, mən isə...” - Novruz Məmmədov sirləri açdı (VİDEO)
Sabah Baş Nazir Novruz Məmmədov Milli Məclisdə ilk dəfə hesabat verəcək
Novruz Məmmədov Baş Nazir vəzifəsindən azad edilməsi ilə bağlı müraciət edib
- Kəmaləddin Heydərov Ramiz Mehdiyevin qohumunu təqaüdə göndərdi
- İcra başçısı özünə yeni müavin təyin etdi
- "Onunla danışıqlar aparmaq çətindir" - Tramp
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar