Bakıda kriminal avtoritetin qətlində ittiham olunan Zaur Yusifov və Həsən Tağıyevlə bağlı hökmdən verilmiş şikayətlə bağlı apellyasiya protestinə baxılıb.
APA xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində şikayətlə bağlı qərar elan olunub.
Qərara əsasən, təqsirləndirilən şəxslərlə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü dəyişdirilib.
Məhkəmənin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü ilə bəraət almış Zaur Yusifov Cinayət Məcəlləsinin 120.2.1 və 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddələri ilə təqsirli bilinib. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra vəfat etdiyi üçün cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Digər təqsirləndirilən Həsən Tağıyev barəsindəki 18 il azadlıqdan məhrum etmə cəzası isə qüvvədə saxlanılıb.
Xatırladaq ki, qətl hadisəsi 2019-cu il may ayının 10-na keçən gecə Bakının Binəqədi rayonu, 6-cı mikrorayon ərazisində, İsrafil Haşımov küçəsində baş verib. 1995-ci il təvəllüdlü Həsən Tağıyev şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı 2008, 2012, 2013, 2014-cü illərdə Cinayət Məcəlləsinin 315.1, 315.2, 221.1-ci maddələri ilə məhkum olunmuş 1988-ci il təvəllüdlü Emin Səfərovu çoxsaylı bıçaq xəsarətləri ilə qəsdən öldürüb.
Hadisə ilə bağlı ilk olaraq Həsən Tağıyev saxlanılıb. Qətllə bağlı 1984-cü il təvəllüdlü Zaur Yusifov isə mayın 12-də şübhəli şəxs qismində tutulub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Həsən Tağıyev CM-in 120.2.4 (xüsusi amansızlıqla adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə təqsirli bilinib qəti olaraq 18 il təqsirli bilinərək 18 il müddətinə azadlıqdan məhrum edilib. Zaur Yusifovun isə qətldə iştirakı sübut olunmadığı qənaətinə gəlinərək ona bəraət verilib.
Z.Yusifov azadlığa buraxıldıqdan bir müddət sonra güllələnərək qətlə yetirilib.
Onu da deyək ki, qətlə yetirilən Emin Səfərov kriminal aləmdə "Emin 444" ləqəbi ilə tanınıb. O, "Lotu Quli” kimi tanınan kriminal avtoritet Nadir Səlifovun yaxın adamı kimi təqdim edilib.
Zaur Yusifov kikboksinq üzrə tanınmış idmançıdır.
Qətlə yetirilən məşhur idmançı barəsindəki hökm ləğv edildi
26
aprel
14:42

Qarabağ
KOMMENTLƏR
Kriminal avtoriteti öldürməkdə təqsirləndirilən dünya çempionuna bəraət verildi
Bakıda 21 min manatlıq dələduzluq edən qadın məhkəmə zalından azadlığa buraxılıb
Məhkəmə keçmiş arvadını xüsusi amansızlıqla öldürən şəxslə bağlı qərar çıxardı
“Berlin Pub”da qətl törədən idmançı ilə bağlı QƏRAR VERİLDİ
Dünya çempionunun qətlinə görə tutulan şəxslə bağlı qərar elan edildi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat