Ukrayna-Rusiya müharibəsinin getdiyi dönəmdə dünyada ərzaq böhranının baş verəcəyinə dair müxtəlif iddialar irəli sürülür.
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib ki, dünyada taxılın ixracında birinci yerdə Rusiya, beşinci yerdə Ukrayna dayanır.
Deputatın fikrincə, bu gün bu iki dövlət müharibə aparır və müharibənin sonu görünmür:
“Belə reallıqda ərzaq qıtlığı təhlükəsi realdır. Prezident İlham Əliyevin müşavirədə dediyi kimi, Azərbaycan 75 faiz ərzaq taxılını başqa ölkələrdən idxal etmək məcburiyyətindədir. Bu gün Rusiyadan 780 min ton taxıl alırıq. Yəni bir ölkədən taxıl idxalında bu qədər çox asılılığın olması qənaətbəxş hal deyildir. Qazaxıstan isə taxıl ixracına kvota tətbiq edir. Bu, bizim taxıl istehsalçılarını çox ciddi düşündürməlidir. Taxıl məhsulu istehsal edən sahibkarlara subsidiyaların həcmi artırılmalıdır. Elə edilməlidir ki, xalqımız belə gözlənilməz situasiyalarda çörəklə imtahana çəkilməsin”.
Böhran ehtimalı ilə bağlı "Sherg.az"a danışan iqtisadçı - ekspert Natiq Cəfərlinin sözlərinə görə, Azərbaycanın təqribən 75 faiz taxıl istehlakı xarici idxaldan asılıdır:
"Rusiya əsas taxıl idxal etdiyimiz ölkədir. Dünyada taxılın bahalaşması, ümumiyyətlə, ərzaq buğdasının qiymətlərindəki artım, təchizata dair müəyyən kəsintilərin yaranması problemə çevrilib. Sırf Azərbacana dair ciddi qıtlıq yaradacağını düşünmürəm. Bizim ölkənin təqribən 250 günlük taxıl ehtiyatı var.
İlin əvvəlində Qazaxıstanla yeni müqavilələr bağlanıb. Qazaxıstandan taxıl alışı dəfələrlə artıb. Qazaxıstandan alınan taxılın artımı Rusiyadan azalacaq idxalın yerinin doldurulmasına kifayə edəcək. Hindistanla da danışıqlar gedir. Ola bilər ki, taxıl alışından ötrü müqavilə imzalansın”.
Azərbaycanda ərzaq qıtlığı təhlükəsi varmı? – Açıqlama:“250 günlük taxıl ehtiyatı...”
28
aprel
12:26

Qarabağ
KOMMENTLƏR
Elman Nəsirov: “Elə edilməlidir ki, xalqımız çörəklə imtahana çəkilməsin”
Rusiya Ukrayna limanlarında Avropa üçün rekord həcmdə taxıl yükünü bloklayır
Zelenski "Taxıl sazişi"nin 4 ay uzadılmasını təsdiq etdi - YENİLƏNİB
İnam Kərimovun TAXIL MAXİNASİYASI... - İTTİHAM
Xersondan Rusiyaya taxıl ixracına başlanıldı
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat