MDB Nəqliyyat Əlaqələndirmə Müşavirəsi icraiyyə komitəsinin sədri, Rusiya nəqliyyat nazirinin sabiq müavini Çingiz İsmayılov Moskvada vəfat edib.
"Report” xəbər verir ki, 1948-ci ildə Bakıda doğulan Ç.İsmayılov görkəmli İsmayılov-Süleymanovlar dənizçi nəslinin nümayəndəsidir. 1968-ci ildə Bakı Dənizçilik Məktəbini bitirən Çingiz İsmayılov 1975-ci ildə Odessa Ali Dənizçi Mühəndisləri Məktəbindən, 1991-ci ildə isə SSRİ Nazirlər Soveti nəzdində Xalq Təsərrüfatı Akademiyasından məzun olub.
1968-1971-ci illərdə Xəzər Dəniz Gəmiçiliyinin gəmilərində çalışıb, matrosdan kapitanın ikinci köməkçisinədək yüksəlib. 1984-cü ildən Rumıniyada Sovet Dunay Gəmiçiliyi Agentliyinin rəis müavini vəzifəsində çalışıb. 1987-ci ildə Xəzər Dəniz Gəmiçiliyi rəisinin birinci müavini vəzifəsinə təyin edilib.
1997-ci ildən Rusiya Federasiyası Nəqliyyat Nazirliyində çalışmış Ç.İsmayılov 2001-ci ildə nazir müavini təyin olunub.
Çingiz İsmayılov "Əmək rəşadətinə görə” və "Rusiya donanmasının 300 illiyi” medalları, "Rusiyanın fəxri nəqliyyat işçisi” döş nişanı, "Dəniz donanmasının fəxri işçisi” döş nişanı ilə təltif olunub.
Çingiz İsmayılov Moskvada dünyasını dəyişdi
28
aprel
17:35

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi