Türkiyənin Aralıq dənizində qanuni fəaliyyətlərinə qarşı çıxan Yunanıstana yardım edən Fransa bölgədə krizə səbəb olacaq yeni bir həmləyə hazırlaşır.
Yunanıstan mətbuatının yaydığı məlumata görə, Fransa "Şarl de Qoll" gəmisinə yaxın zamanlarda bölgəyə göndərməyi planlaşdırır.
Fransanın ən böyük savaş gəmisi olan və savaş qırıcıları da daşıyan gəmiyə fransız dənizaltı birliklərinin də yardım edəcəyi bildirilir.
Gəmidə Yunanıstanın Fransadan almaq istədiyi 18 ədəd "Rafael" savaş təyyarəsinin də olduğu iddia edilsə də, hələlik Fransa ilə Yunanıstanın bu məsələdə tam anlaşmadıqları da məlumdur.
Qeyd edək ki, bir müddət öncə Şərqi Aralıq dənizində Türkiyəyə aid bölgəyə soxulmağa çalışan Fransa gəmisinin qaçdığı üzə çıxmışdı.
Avropa.info yazır ki, Fransa və BƏƏ mediasında yer alan xəbərlərdə, Türkiyənin elan etdiyi Navtex bölgəsinə girən bir Fransa döyüş gəmisinin ratsiya danışıqlarına yer verilmişdi. Bölgəyə girən fransız gəmisinin kapitanı Yunanıstan rəsmiləri ilə radsiya danışığında deyirdi: "Gəmilərimizin bütün rəqəmsal sistemi kilidləndi. Naviqasiyamız işləmir. Silah sistemlərimiz "off" vəziyyətinə düşdü."
Yunan hökumətindən yardım istəyən Fransa gəmisi ikinci danışığında bunları demişdi: "Üzərimizdə tanımadığımız yüzlərlə cism uçur. Bunların nə olduğunu anlamırıq. Bütün sistemimiz kilidləndi. Gəminin bütün dijital sistemi kontrolumuzdan çıxdı. Bizə yardım göndərin".
Fransa Türkiyəyə qarşı ən böyük savaş gəmisini göndərir
01
sentyabr
20:02

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat