Bu gün Türkiyənin paytaxtı Ankara şəhərində Azərbaycan şairi Əhməd Cavadın heykəlinin açılış mərasimi keçirilib.
Bu barədə Azərbaycanın Türkiyədəki Səfirliyi məlumat yayıb.
“Bu gün Türk Tarixi Muzeyi və Parkında Azərbaycanın istiqlal şairi Əhməd Cavadın anadan olmasının 130-cu ildönümünə ithaf olunmuş xatirə tədbiri və heykəlin açılış mərasimi baş tutub”, - məlumatda bildirilib.


скачать dle 12.1