Bu barədə Mingəçevir şəhər prokurorunun böyük köməkçisi Rəmzi Lalayev məlumat verib.
R. Lalayev bildirib ki, 1978-ci il təvəllüdlü Elman Bədəlovun psixi xəstəlikdən əziyyət çəkən, kənar şəxslərin qulluğuna ehtiyacı olan qızını fiziki zor tətbiq edib döyməklə yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən dəmir dirəyə bağlamasına, həmçinin evin zirzəmisində saxlayıb aclığa məruz qoyaraq əzab verməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Mingəçevir şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 133.2.6 (işgəncə verməklə əzab vermə) və 145.2.5-ci (qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə cinayət işi başlanıb. E. Bədəlov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
İşgəncələrə məruz qalan Nuranə Bədəlova isə həkim nəzarətinə götürülüb.
Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
