Bunu açıqlamasında Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputat qeyd edib ki, Prezidentin sözlərinə görə, ermənilər təkcə tarixi-mədəni abidələri məhv etməyib, eyni zamanda, meşə zolağına da ciddi zərbə endiriblər: “Meşə zolağının 50-60 faizi məhv edilib. Nəzərə almaq lazımdır ki, Zəngilan Avropa məkanında çinar ağaclarının geniş yayıldığı ən böyük arialdır. Prezident, həmçinin, ermənilərin Bəsitçay Dövlət Təbiət Qoruğunda törətdikləri vəhşiliklərə də diqqəti cəlb edib. Onların işğal altında olan ərazilərdə həyata keçirdikləri mədəni və ekoloji terror siyasətinə toxunub və qeyd edib ki, Ermənistan həmin cinayət əməllərinə görə mütləq cavab verməli olacaq. Prezident qeyd etdiyi kimi, biz erməilərin dağıtdığı bütün məkanlarda foto və video çəkilişlər edib, onların vəziyyəti, dağıntıların miqyası ilə bağlı qeydlər aparmışıq və biz gələcəkdə beynəlxalq məhkəmələrdə Ermənistana qarşı öz haqlı səsimizi ucaldacaq, Ermənistanın təzminat ödəməsi məsələsini qabardacağıq. Eyni zamanda, Zəngilan ərazisində olan qızıl və digər faydalı yataqlardan ermənilər və onların havadarlarının istifadə etməsi, onların qanuna zidd davranışları ilə bağlı da beynəlxalq məhkəmlərə məlumat verəcəyik. Hazırda Zəngilanda qururucluq işləri sürətlə həyata keçirilir və bu il ərzində rayonda beynəlxalq hava limanının istismara verilməsi planlaşdırılıb. Həmçinin, nzərə almaq lazımdır ki, Zəngəzur dəhlizinin mühüm hissəsi də Zəngilan ərazisindən keçir. Ona görə də bu istiqamətdə həm dəmir yolu, həm də avtomobil yolu xətlərinin çəkilməsi sürətlə reallaşdırılır. Odur ki, Zəngilan potensialına və unikal vəziyyətinə görə beynəlxalq investorlar üçün də cəlbedicidir. Zəngilan Zəngəzur dəhlizinin tərkib hissəsi kimi təkcə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirməyəcək, eyni zamanda, beynəlxalq nəqliyyat yolu üzərində mühüm məntəqə statusunu daha da genişləndirəcək. Prezidentin sözləri ilə desək, sözsüz ki, qarşıda duran hədəflərə çatmaq üçün Azərbaycanda siyasi iradə, iqtisadi potensial, insan resursları və beynəlxalq əməkdaşlıq mövcuddur”.