Milli manatımızın devalvasiyasından sonra bəzi şirkətlərin süni qiymət artımı yaratması hətta ölkə başçısının kəskin etirazına səbəb oldu:
"Ölkədə süni qiymət artımına yol verənlər cəzalandırılacaq”. Ancaq prezidentin açıqlamasına baxmayaraq "Veysəloğlu” MMC Baki şəhərindəki böyük marketlərə satdığı "Viski Gilavar”ın qiymətini bir gecədə 35-40 faiz artırdı. Maraqlıdır, hətta "Veysəloğlu” şirkəti süni qiymət artımına dövlət nəzarətindən yayınmaq üçün marketlərə göstəriş verdi ki, "Viski Gilavar”ı bir müddət açıq satışa qoymayın, yəni müştərilərə "altdan” satın.
Bu məsələni araşdırmaq üçün "Veysəloğlu” MMC ilə əlaqə saxladıq. Satış şöbəsinin adını bildirməyən əməkdaşı hay-küylə bildirdi ki, bizim şirkət ümumiyyətlə spirtli içkilər satmır. Biz ona görə də bir neçə marketdə olub, yenidən maraqlandıq. Hər yerdə bizə bildirdilər ki, bu viskini bizə "Veysəloğlu” satır. Nəhayət, " Viski Gilavar”ın istehsalçısı olan "Abşeron- Şərab” MMC ilə əlaqə saxladıq. Öncə şirkətin adını bildirməyən xanım əməkdaşı bildirdi ki, bu viskini bizdən "Veysəloğlu” şirkəti alıb marketlərə satır.
Sonra "Abşeron-Şərab” MMC-nin Elgiz adlı ( soyadını demədi) satış şöbəsinin müdiri bizə bildirdi ki, bizim istehsal etdiyimiz "Viski Gilavar”ı "Veysəloğlu” şirkəti satır, ancaq süni qiymət artımından xəbərimiz yoxdur. Ən maraqlısı odur ki, "Abşeron- Şərab” MMC-nin saytında şirkətin məhsulları sırasında "Viski Gilavar”ın adı yoxdur.
serhed.info
“Veysəloğlu” MMC “Viski Gilavar”ın qiymətini süni bahalaşdırıb
12
may
17:55

Qarabağ
KOMMENTLƏR
"Azərsun”, “Veysəloğlu” kimi monopolist şirkətlər qiymətləri hər gün artırırlar - Bəs bu duruma hökümət niyə səssiz qalır?..
“Veysəloğlu” şirkətinə iş qaldırıldı
“Veysəloğlu”nun bu məhsul kifli çıxdı - FOTOLAR
"Süni qiymət artımı ciddi problemə çevrilib" - Deputat
Süni qiymət artımına qarşı hansı tədbirlər görülməlidir?
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat