Azərbaycanda koronavirusa yoluxmaların xeyli azalması, aktiv xəstə sayının minimuma enməsi bir sıra məhdudiyyətlərin aradan qaldırılmasına səbəb oldu.
Son qərarla isə mayın 1-dən etibarən artıq maska tələbin də ləğv edildi. İki ildən sonra maskasız həyata geri dönən vətəndaşları indi isə bir məqam daha çox maraqlandırır. Maskanın məcburi olduğu vaxtlarda bununla bağlı vətəndaşlara yazılan cərimələrin silinib-silinməyəcəyi hər kəsi düşündürən məsələrdəndir.
Bəs maskaya görə yazılan cərimələr silinə bilərmi? Bununla bağlı gözləntilər varmı?
Milli Məclisin deputatı Rüfət Quliyev məsələ ilə bağlı azxeber.com-a fikirlərini bildirib.
Deputat qeyd edib ki, maskaya görə cərimələrin ləğv edilməsi ilə bağlı şaiyələr yayılıb. Amma o, bunun həyata keçiriləcəyinə inanmadığını bildirib:
"Belə şaiyələr yayılıb. Bununla bağlı məlumatlar var. Amma maska ilə bağlı cərimələrin silinməsinə inanmıram".
Qeyd edək ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) görə, fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.
Maska ilə bağlı cərimələrin silinməsinə inanmıram' - Deputat
13
may
12:03

Qarabağ
KOMMENTLƏR
Maska taxmamağa görə yazılan cərimələr silinsin - TƏKLİF (VİDEO)
Əhaliyə ŞAD XƏBƏR: Bu cərimələr silinə bilər - VİDEO
Azərbaycanda maskaya görə cərimələr ləğv edilir? - VİDEO
Azərbaycan karantinlə bağlı cərimələri ləğv edəcəkmi? - Deputatdan AÇIQLAMA
Qapalı məkanlarda maska tələbi ləğv olunacaq? - AÇIQLAMA
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat