Qaradağ Rayon Polis İdarəsinə “Covid-19” infeksiyasına yoluxmuş rayon sakininin yaşayış yerini tərk etməsi barədə məlumat daxil olub. Rayon sakini E.Nəbiyevanın koronavirus testinin nəticəsi pozitiv olduğuna görə ona ev şəraitində müalicə təyin edilib, ancaq o, karantin qaydalarını pozaraq yaşayış yerini tərk edib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən PİA.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə onun rayon ərazisində yerləşən “Qaradağ” marketinin şirniyyat bölməsində satıcı işləməsi müəyyən edilib. Polis əməkdaşları tərəfindən karantin qaydalarını pozan və vətəndaşların sağlamlığı üçün ciddi təhlükə yaradan E.Nəbiyevanın törətdiyi qanunazidd hərəkətin qarşısı dərhal alınaraq, yaşadığı ünvana qaytarılıb. Həmçinin adıçəkilən mağazanın fəaliyyəti dayandırılıb, marketdə işləyən 35 nəfər koronavirus testi edilməsi məqsədi ilə tibb müəssisəsinə göndərilib, obyektin dezinfeksiyasının aparılması üçün müvafiq quruma müraciət edilib.
E.Nəbiyeva barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə cinayət işi başlanılıb və o, polisin nəzarətinə götürülüb.
Yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanılıb
02
sentyabr
12:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat