“Tənqid normal şeydir, kimsə tənqid oluna bilər, amma təhqirə qarşı hər zaman etirazımı bildirmişəm. Əgər bu tənqiddirsə, üzr istənməməlidir. Bu məsələdə, sadəcə, bir insanın şəxsiyyət problemi olaraq ortaya çıxır”.
Bunu açıqlamasında meyxanaçı Rəşad Dağlının Xomeyninin ünvanına səsləndirdiyi sözlərə görə üzr istəməsinə münasibət bildirən ilahiyyatçı Elşad Miri deyib.
E.Miri qeyd edib ki, bu, yeganə belə hal deyil: “Bundan əvvəl də aktyor Əlixan Rəcəbovun “Sonuncu şam yeməyi” adlı filmi vardı, onun da islama qarşı olduğunu iddia edirdilər. Əlixan da öz növbəsində üzr istəməyə məcbur oldu. Niyə görə üzr istəməlidir ki, Azərbaycan məgər teokratik, dini dövlətdir? Burada dindarlar hakimiyyəti təmsil edir? Məgər biz dünyəvi dövlət deyilik? İnsanlar istədikləri şəkildə öz sözlərini ifadə edə bilməyəcəklər? Buna görə də bu cür yanaşma tamamilə yalnışdır. Kiminsə kimdənsə üzr istəməsi, xüsusi bir təbəqənin, sanki xüsusi bir kasta sisteminin formalaşması heç bir şəkildə qəbulolunan anlayış deyil. Özünü şiə təriqətinə aid edənlər ya Xamneyini, ya da Sistanini özlərinə rəhbər bilirlər...”
Elşad Miri Rəşad Dağlının üzr istəməsinə münasibət bildirdi: “Burada dindarlar hakimiyyəti təmsil edir?”
16
may
16:20

Qarabağ
KOMMENTLƏR
“Sən kimsən axı? Allahsan, ya peyğəmbərsən?” – Deputat Rəşad Dağlı olayından danışdı
Meyxanaçılar Rəşad Dağlının videosundan danışdılar: "Səhv edib ki, üzr istəyib"
“Miri Yusif müğənni deyil” - Roza Zərgərli
Rəşad Dağlının oğlunun toyunda pul mübahisəsi
2020-ci ildə vəfat edən sabiq nazir hələ də dövlət şirkətinin "rəhbəridir"
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat