Axtarışa verilən müğənni Afət Fərmanqızı bu dəfə Türkiyənin Antalya şəhərinə gedib.
Lent.az xəbər verir ki, o, bu barədə "Instagram" hesabında paylaşım edib. 
O, video çəkərək bu sözləri deyib:
"Həyat yoldaşımla Antalyaya uçuruq. Səhifəmi izləyin, gözəl şəkillər olacaq. Oradan da Dubaya, Dubaydan da, İnşallah, üçüncü maraqlı bir ölkəyə..."
Qeyd edək ki, ötən gün Afət Fərmanqızının axtarışda olduğu halda Rusiyaya getdiyini xəbər vermişdik.
Türkiyəyə çatan Afət Fərmanqızı Antalyadan şəkil paylaşıb. 
Lent.az həmin paylaşımı təqdim edir: 









скачать dle 12.1