"Qurd Qapısı" restoranı müğənni Vasif Məhərrəmlini bağışlayıb.
Bunu qaynarinfo-ya açıqlamasında sözügedən restoranın meneceri Orxan Abdullayev deyib. Onun sözlərinə görə, Vasif Məhərrəmli hadisə günü axşam restoranla bağlı paylaşımlarını silib:
"Biir düşmənimiz var, o da ermənidir. Vasif Məhərrəmli xalqımızın nümayəndəsidir, qohumlarına, dostlarına zəng etdik, hamı onun səhv olduğunu dedi. Biz onu bağışladıq, amma barışmamışıq. Vasif müəllim də paylaşımlarını silib, adamlarına da düz hərəkət etmədiyini etiraf edib".
Orxan Abdullayev Vasif Mərərrəmlinin hadisədən sonra restorana gəlmədiyini deyib:
"Biz dəvət etmişik, amma yəqin ki, gəlməz. Çünki bizə şər atıb".
Qeyd edək ki, bir neçə gün öncə əməkdar artist Vasif Məhərəmli ilə "Qurd Qapısı" restoranı arasında mübahisə yaranıb. Müğənni restoranı dələduzluqda ittiham etmişdi:
"Qurd qapısı" restoranı var, buradan üzümü insanlara tutub, demək istəyirəm ki, oranın qapısını açmayın. Orda insanları soymaqla məşğul olurlar. Orada qazanılan bütün pullar haramdır. Həmin restorana verdiyim pulları halal etmirəm. Haram xoşunuz olsun. Restoranın müdiriyyəti və administratoru həm pulumu aldı, həm də üzərimə şığıdılar, az qaldılar məni öldürsünlər, onların əlindən zorla qurtuldum".
"Qurd Qapısı" restoranının meneceri Araz Səddinov Qaynarinfo-ya açıqlamasında baş verən hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildirmişdi.
“Qurd Qapısı“ qalmaqalı: Restoran müğənnini bağışlayıb, amma...
19
may
14:03

Qarabağ
KOMMENTLƏR
Məşhur restoran Vasif Məhərrəmlini polisə verəcək
Vasif Məhərrəmlidən "Qurd qapısı"nda 750 AZN hesab istənilib? - FOTO
Qurd Qapısı: restoran, yoxsa diskussiya klubu ?- Bəy Mamed, Şahin müəllim və nehrəmlilər…
Vasif Məhərrəmli əməliyyat olunacaq
Manafdan Vasif Məhərrəmliyə cavab: “Mənim bütün nəslim, köküm...”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat