Bu sözləri Pravda.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, sözügedən “şirə” ilə bağlı Azad İstehlakçılar Birliyinə xeyli zəng daxil olub: “Şikayətlər əsasında kiçik araşdırma apardıq. Məlum oldu ki, şirə adlandırılan bu mayenin əslində heç bir təbii şirə ilə əlaqəsi yoxdur. Müxtəlif dad, qoxu, rəngvericilərin qarışığıdır. Vətəndaşlar bilsinlər ki, bu cür qatqılardan hazırlanmış hər məhsul içməli deyil. “Lili”nin üzərində Azərbaycanda qeydiyyata alınmayan, amma Azərbaycan prefiksi göstərilən saxta ştrix kod da qoyulub. İstehsal tarixi ilə son yararlılıq müddəti arasındakı müddət də çoxdur. Belə mallar isti yay aylarında xüsusən təhlükəlidir”.