Azərbaycanda koronavirusa yoluxan uşaqlarla bağlı statistika açıqlanıb. “Koronavirusinfo.az” saytında tirajlanan məlumata görə, 0-9 yaşlı uşaqlar arasında yoluxma 5 faiz təşkil edir. Ən çox yoluxma isə 50-59 yaşlı insanlarda qeydə alınıb.
Ümumilikdə yaş qrupları üzrə yoluxma belədir: 10-19 yaş – 6 faiz, 20-29 yaş – 14 faiz, 30-39 yaş – 18 faiz, 40-49 yaş – 15 faiz, 50-59 yaş – 21 faiz, 60-69 yaş – 16 faiz, 70-79 yaş – 4 faiz, 80 yaşdan yuxarı – 2 faiz.
Məlumdur ki, ölkəmizdə bağçaların və orta məktəblərin fəaliyyəti bərpa edildi. Bu baxımdan azyaşlı uşaqların virusa yoluxma təhlükəsi müzakirə mövzusudur. Xüsusilə valideynlərin bəzi narahatlıqları var. Ona görə də tədris prosesində uşaqların qorunması, immun sisteminin gücləndirilməsi vacibdir.
TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva “Sherg.az”a bildirib ki, əslində 0 yaşdan başlayaraq bütün yaş qruplarında olan insanlar arasında yoluxma ehtimalı eyni dərəcədədir. İnfeksionist vurğulayıb ki, sadəcə olaraq azyaşlı uşaqlar xəstəliyi daha az əlamətlərlə, böyük əksəriyyəti isə heç bir əlamət olmadan keçirir:
“Ola bilər ki, uşaqda qızdırma, halsızlıq kimi hallar yoxdur, amma koronavirusa yoluxub. Xəstəlik özünü büruzə vermədiyi üçün ana şübhələnmir və övladını testdən keçirmir. Nəticədə virusu aşkara çıxara bilmirik. Ona görə də ümumi rəqəmdə uşaqların yoluxma sayı az olur. Nisbətən yaşlı adamlar isə qızdırma olan kimi koronavirusdan şübhələnirlər və test etdikdə nəticələri pozitiv çıxır. Ümumi saya bu faktor əhəmiyyətli dərəcədə təsir göstərir”.
N.Mustafayevanın sözlərinə görə, elmi ədəbiyyatda göstərilir ki, koronavirus “ACE2” reseptorlara bağlanmaq vasitəsilə orqanizmə daxil olur:
“Araşdırmalar sübut edir ki, bu reseptorlar uşaqlarda az olduğu üçün onların yoluxması, yoluxduqları zaman isə xəstəliyin ağırlıq dərəcəsi çox da şiddətli olmur.
Məktəblər və bağçalar açıldı. Bu zaman çoxları deyə bilər ki, uşaqlar onsuz da xəstəliyi yüngül keçirirlər. Bunun üçün rahat ola bilərik. Amma uşaqlar xəstəliyi yüngül keçirsələr də, bu xəstəliyi ev sakinlərinə yoluxdura bilərlər. Hər evdə olmasa da, ailələrin böyük əksəriyyətində yaşlı insanlar var.
Onlar risk altında olurlar. Bu baxımdan məktəb və bağçaların açılması əslində yaşlı insanlar üçün risklidir”.
"Yoluxan uşaqların sayı heç də az deyil sadəcə...” – Valideynlər, diqqətli olun!
03
sentyabr
11:55

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda koronavirusa yoluxanların 5 faizi 9 yaşa qədər uşaqlardır
Bakıda koronavirusa ən çox yoluxma Binəqədi rayonundadır
Azərbaycanda ən çox koronavirusa yoluxma bu rayondadır
Azərbaycanda koronavirusa yoluxan və ölənlərin bölgələr üzrə SON STATİSTİKASI - CƏDVƏL
Bakıda avtomobillər bahalaşmaqda davam edir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat