"Son dövrlərdə xüsusən də son 1 ayda uşaqlar arasında konyunktivlər (göz qızartıları) artıb. Gözlərin hiperimiyası artıb. Bunun da səbəbi onun virus mənşəli olmasıdır”.
Bunu Lent.az-a açıqlamasında pediatr Qoşqar İsmayılov deyib.
O bildirib ki, belə virusların aktivləşməsi hava şəraiti ilə bağlıdır:
"Xüsusən də hava şəraitinə, iqlimdə olan qlobal dəyişikliklə bağlı olaraq müəyyən virusların aktivləşməsi nəticəsində gözlərdə, qulaqlarda və əsnəkdə qızartılar yaranır”.
Onun sözlərinə görə, uşaqlarda göz qızartıları iki formada gedir:
"Konyunktivlər allergik və virus formasında gedir. Allergik konyunktivi daha çox allergiyası olan uşaqlarda olur. Onun müalicəsi pediatr, allerqoloq tərəfindən aparılır. Virus konyunktivlərində isə uşaqda mədə-bağırsaq problemlərinə, nazafaringit əlamətlərinə baxılır. Və ona uyğun da pediatr tərəfindən müalicə aparılır”.
Uşaqlar arasında yeni virus yayılır: Gözləri, qulaqları...
25
may
22:35

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat