Azərbaycanda zob xəstəliyinin ən çox hansı bölgələrdə qeydə alındığı açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, cərrah-endokrinoloq Azər Hümmətov məlumat verib.
Onun sözlərinə görə, bu xəstəliklə bağlı ən çox Qəbələ, Şəki, Qax, Zaqatala, Baləkən, Lənkəran, Quba və Qusardan olan vətəndaşlar müraciət edir.
Həkim qeyd olunan xəstəliklə bağlı daha çox əməliyyat göstərişi verildiyini və zəhərli zob diaqnozu qoyulduğunu bildirib.
Mütəxəssis qeyd edib ki, müraciət edənlər arasında Naxçıvandan gələn pasiyentlərin də sayı üstünlük təşkil edir. O, şimal zonasından gələn pasiyentlərdə düyünə və zəhərli zoba, Naxçıvandan gələn pasiyentlərdə isə böyük ölçülü düyünlərə rast gəlindiyini vurğulayıb.
Nazirlik rəsmisi əlavə edib ki, qalxanabənzər vəzi xəstəliklərinə daha çox qadınlar arasında rast gəlinir: “Çünki hamiləlik zamanı orqanizmə ən çox yük düşən hissə məhz qalxanabənzər vəzi olur. Azərbaycanda hər 11 zob xəstəsindən 10-u qadındır”.
Azərbaycanda zob xəstəliyinin daha çox qeydə alındığı bölgələr açıqlandı
25
may
23:38

Qarabağ
KOMMENTLƏR
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi