Xəbər verdiyimiz ki, sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.
Sabiq nazirin atası Yanvar Müslümov açıqlamasında məhdudiyyətli olsa da, oğlunun azadlığa çıxmasına çox sevindiyini bildirib. Bununla belə, o, S.Müslümovun səhhətilə bağlı nigaranlığını ifadə edib:
"Səlim hazırda Bakıda, evindədir. Səhhətilə bağlı narahatlığı var. Ümid edirik ki, müalicə ilə keçər. Xəstə də olsa, yenidən yanımıza qayıtdığı üçün şükür edirəm. Allah bütün bağlı qapıları açsın".
Göz yaşlarına hakim ola bilməyən Y.Müslümov əlavə şərh vermək istəməyib.
Qeyd edək ki, Səbail rayon məhkəməsinin qərarı ilə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun barəsində həbs qətimkan tədbiri dəyişdirilib və o, ev dustaqlığına buraxılıb.
Xatırladaq ki, S.Müslümov barəsində olan korrupsiya əməllərinə görə ötən ilin fevral ayında Dövlət Təhlükəsizliyi Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs edilmişdi. Sabiq nazir bir neçə gün öncə səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin müalicə müəssisəsinə yerləşdirilmişdi.
Səlim Müslümovun atası sevincindən AĞLADI
26
may
17:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat