Son vaxtlar Türkiyədə epidemioloji durum pisləşib. Xəstələrin və ölüm sayının artımı müşahidə olunur.
Yoluxma və ölüm hallarının ən ciddi artımı Ankaradadır. Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca da yeni növ koronavirusla (COVID-19) mübarizə tədbirlərilə bağlı yaradılan Elm Qurumunun növbəti toplantısında epidemioloji durumun pisləşməsi ilə bağlı narahatlığını ifadə edib. Nazir deyib ki, ölkə boyu COVID-19 infeksiyasının yayılması nəzarətdədir və Türkiyə birinci dalğanın 2-ci zirvəsindədir. F.Qoca vurğulayıb ki, indiyədək 29 min 865 səhiyyə işçisi COVID-19 infeksiyasına yoluxub, 52 səhiyyə işçisi isə bu virusdan həyatını itirib.
Maraqlıdır, Azərbaycanda infeksiyanın yayılması hansı mərhələdədir?
Tibb elmləri doktoru, professor Adil Qeybulla Cebhe.info-ya bildirib ki, Azərbaycan hələlik koronavirusun birinci dalğasını yekunlaşdıra bilməyib:
“Türkiyədə epidemioloji vəziyyətin pisləşməsi həqiqətən qeyd olunur. Bunu artıq başqa ölkələr də bildirirlər. Nazirin açıqlaması da təsadüfi deyil. O ki qaldı, dalğa məsələsinə, Azərbaycan hələ birinci dalğanı yekunlaşdıra bilməyib. Çünki bizdə may ayından sonra reyinfeksiya oldu, birinci dalğa bitmədi, əksinə pik səviyyəsinə çatdı. Düşünürəm ki, biz birinci dalğanın eniş xəttindəyik. Əgər yenidən reyinfeksiya, alovlanma və ya başqa hadisə olmasa, bu yavaş-yavaş enməyə doğru gedəcək. Yenidən reyinfeksiya və ya alovlanma olarsa, təbii ki, bu Türkiyə variantına gəlib çıxa bilər”.
Virusla bağlı kritik məqam: - “Azərbaycanda ilk dalğa hələ bitməyib”
03
sentyabr
15:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat