Bu il Azərbaycanda Polad adı verilən uşaqların sayı açıqlanıb.
Cari ilin əvvəlindən bu günə qədər 83 uşağa Polad adı verilib.
Son illər ölkəmizdə Polad adının uşaqlara verilməsi artıb. Belə ki, 2018-ci ildə 55, 2019-cu ildə 53, 2020-ci ildə 193, 2021-ci ildə isə 306 körpəyə Polad adı verilib. 
Qeyd edək ki, Polad adı 2020-ci ildə Ermənistan-Azərbaycan dövlət sərhədində başlanmış Tovuz döyüşləri zamanı Azərbaycan Ordusunun general-mayoru Polad Həşimovun şəhid olmasından sonra populyarlaşıb.
скачать dle 12.1