Koronavirus, meymunçiçəyi və gizli hepatit virusu ilə bağlı son xəbərlərdən sonra daha bir panikaya səbəb olacaq məlumat yayılıb.
ABŞ və Kanadada müxtəlif səhiyyə agentlikləri mart və aprel aylarında alınan çiyələklərin Hepatit A epidemiyası ilə əlaqəsini araşdırmağa başlayıb. ABŞ Qida və Dərman İdarəsi (FDA) istehlakçılara Aldi, Kroger, Safeway, Sprouts Farmers Market, Trader Joe's, Walmart və digər böyük şəbəkələr kimi böyük ərzaq mağazalarında satılan FreshKampo və HEB markalarının çiyələkləri barədə xəbərdarlıq edib.
"Epidemioloji məlumatlar göstərir ki, 5 mart 2022-ci il və 25 aprel 2022-ci il tarixləri arasında alınmış FreshKampo və HEB markaları kimi satılan təzə üzvi çiyələklər Hepatit A xəstəliyinin mümkün səbəbidir”, - deyə qurumdan bildirilib.
FDA - Kaliforniya, Minnesota və Kanadada aşkarlanan Hepatit A hallarının da bu orqanik çiyələk markaları ilə əlaqəli olduğunu söyləyib. ABŞ-da 15-i Kaliforniya, biri Minnesota və biri Şimali Dakotada da olmaqla, 17 yoluxma aşkar edildiyi və 12 nəfərin xəstəxanaya yerləşdirildiyi bildirilib. FDA, insanların bu çiyələklərdən alıb soyuducuda donduraraq sonradan istifadə etdiklərini nəzərə alaraq, hər kəsə onları zibil qutusuna atmağı məsləhət görüb.
Çiyələkdən yayılan xəstəlik QORXUYA SALDI: Artıq 17 nəfər yoluxub
30
may
17:55

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat