“Qafqazinfo” hadisə nəticəsində dünyasını dəyişən polis serjantının fotosunu əldə edib.
Məlumata görə, Binəqədi rayonu ərazisində yaşayan İ.Çıraqov subay olub.
Qeyd edək ki, sözügedən hadisə Saray qəsəbəsi ərazisində baş verib. Hadisə Çıraqovun təlimə getdiyi vaxt 99 SM 907 dövlət nömrə nişanlı, “NİVA” markalı maşının içində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, güllə onun baş nahiyəsindən dəyib. DİN-in hospitalına çatdırılan polisin həyatını xilas etmək mümkün olmayıb.
