İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Yenisabah.az-ın xəbərinə reaksiya verib. Söhbət Ombudsmanın 82 000 AZN nəqliyyat vasitəsi almasından gedir.
Ombudsmanın Mətbuat Xidmətindən redaksiyamıza daxil olan açıqlamada deyilir:
“Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) Gəncə (12 rayon), Cəlilabad (9 rayon), Şəki (8 rayon) və Qubada (6 rayon) yerləşən Regional Mərkəzləri ətraf rayonlardakı ucqar kəndləri də əhatə etməklə uğurla fəaliyyət göstərir.
Mərkəzlər öz fəaliyyətini əsas etibarilə, əhalinin Müvəkkilə ünvanlanan müraciətlərinin təqdim edilməsi üçün nəqliyyat və poçt xidmətlərinin ödənilmə zərurətini aradan qaldırmaqla asanlaşdırılması, şikayətlərin yerində araşdırılması, mütəmadi olaraq yerlərdə hüquqi maarifləndirmə işinin aparılması istiqamətində həyata keçirir.
Bölgələrdə vətəndaşların Ombudsmana çatımlılıq imkanlarının artırılması, ucqar yerlərə səfərlərin daha sıx təşkili, müraciətlərin yerində və effektiv araşdırılması, azadlıqdan məhrumetmə yerlərində, habelə şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi digər yerlərdə monitorinqlərin aparılması, hüquqi maarifləndirmə tədbirlərinin daha da intensivləşdirilməsi və ümumilikdə Müvəkkilin yerlərdə fəaliyyətinin səmərəliliyinin artırılması məqsədilə Ombudsmanın tapşırığı əsasında bu gün Regional Mərkəzlərin hər biri yeni nəqliyyat vasitəsi ilə təmin edilib”.
Ombudsmandan 82 minlik avtomobillə bağlı – Rəsmi açıqlama
04
sentyabr
14:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat