2022-ci ilin dürüstləşdirilmiş büdcə layihəsində pensiyaların maliyyələşdirilməsi üçün ayrılan vəsaitin məbləği 2022-ci ildə təsdiqlənmiş büdcəsinin göstəriciləri ilə müqayisədə 6 %, 2021-ci ilin büdcəsi ilə müqsyisədə isə 15 % artımla nəzərə alınıb.
Bunu əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Kərimov Milli Məclisdə 2022-ci ilin dövlət büdcəsinə dəyişikliklər layihəsinin müzakirəsi zamanı deyib.
Nazir müavini qeyd edib ki, Prezidentin fərman və sərəncamları ilə ümumi şərtlərlə pensiya alan 1,1 milyon pensiyaçının ödənişləri indeksasiya olunub, əlavə olaraq 200 manat məbləğində maddi yardım müəyyən edilib: "Xüsusi şərtlərlə pensiya alan pensiyaçıların ödənişləri isə 10 % indeksasiya olunub. Bu sosial dəstək tədbirlərinin ümumi maliyyə tutumu 440 milyon manat məbləğindədir.
O bildirib ki, fərdi uçot və pensiya sistemində aparılan sağlamlaşdırma tədbirləri, habelə məhkəmə çəkişmələrində nəzarətin gücləndirilməsi nəticəsində mənimsənilməsinin qarşısı alınmış vəsaitin həcmi indeksasiya əmsalları tətbiq edilmədən 711 milyon manat, indeksasiya tətbiq edilməklə 790 milyon manat təşkil edir.
Pensiya alanlara ŞAD XƏBƏR: vəsait artırılır
20
iyun
13:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat