Xaçmaz rayon İcra Hakimiyyətinin 2022-ci ilin may ayının 17-də “Cari təmir işlərinin satınalınması” lotu üzrə satınalmaya yekun vurub.
Xəbəral.az Qlobal.az-a istinadən xəbər verir ki, satınalmanın məbləği 16.998 manat, qalibi isə “VM SUPPLİYER” Məhdud Məsuliyyətli Cəmiyyəti olub.
Xaçmaz rayon İcra Hakimiyyətinin 2022-ci ilin may ayının 17-də “Cari təmir işlərinin satınalınması” lotu üzrə yekun vurduğu satınalmada qalib elan edilən “VM SUPPLİYER” MMC 2021-ci ilin dekabr ayının 12-də dövlət qeydiyyatına alınıb.
“VM SUPPLİYER” MMC-nin hüquqi ünvanı Gəncə şəhəri, Kəpəz rayonu, Səfəvilər ev 2, döngə ev 13 ünvanı, qanuni təmsilçisi isə Cahangirov Elbəyi Cahangir oğludur.
Xaçmaz rayonunda cari təmir aparacaq “VM SUPPLİYER” MMC-nin fəaliyyət profili, müqavilə ilə çalışan işçiləri və mühəndis heyəti barədə açıq internet resurslarında hər hansı məlumat yoxdur.
Əldə etdiyimiz məlumata görə qalib elan edilən “VM SUPPLİYER” MMC “Gəncə-Bazar” Açıq Səhmdar Cəmiyyətinin sahiblərindən biri olan Cahangir Cahangirova məxsusdur.
Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Elnur Rzayevin Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini vəzifəsində çalışarkən Gəncədə iş adamı kimi tanınan Cahangir Cahangirovla dostluq münasibətlərinin olduğu iddia edilir.
Məsələ ilə bağlı “VM SUPPLİYER” MMC ilə əlaqə saxlaya bilmədik.
Xaçmaz rayon İcra Hakimiyyəti isə mövqe bildirmədi.
İcra Başçısı Tenderi Dostunun Oğluna Verib?
21
iyun
18:11

Qarabağ
KOMMENTLƏR
İki il əvvəl 227 min manat “şapka” alınan iş adamının oğlu tenderdə qalib oldu - Burası AZƏRBAYCANDIR!
Uşaq sanatoriyasında "böyüklərin" tender "oyunu"
Respublika Perinatal Mərkəzində şübhəli tenderlər - ARAŞDIRMA
Gənclərin İnkişafı və Karyera Mərkəzində qanun pozuntusu: 340 min vergi borcu olan MMC necə qalib elan edilib?
Neft və Qaz İnstitutunda AKADEMİK TALAN - Büllur lüstrə 30 min manat...
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat