Payız mövsümü yaxınlaşdıqca qripə qarşı vaksinlər yenidən gündəmə gəlib.
Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən verilən məlumata görə, payızda qrip əleyhinə vaksinlərin tətbiq edilməsi planlaşdırılır.
Qurumun İnfeksion İşçi Qrupunun üzvü Süleyman Kamilov deyir ki, bu vaksinlər insanlarda qrip xəstəliyinə qarşı immunitet formalaşdırır və təhlükəsizdir. Hətta hamilə qadınlara belə tövsiyə olunur. Vaksinasiya könüllü xarakter daşıyacaq.
Müşahidələr isə onu göstərir ki, insanların vaksinasiya prosesinə münasibəti birmənalı deyil.
Süleyman Kamilov bildirib ki, qrip vaksini koronavirusa qarşı birbaşa müdafiə rolu oynamır. Amma immunitetin zəifləməsinin qarşısını alır. Bununla da orqanizmin COVID-19-a qarşı mübarizəsinə təkan verə bilər.
Süleyman Kamilov onu da qeyd edib ki, altı aydan etibarən hər kəsin qrip vaksinindən istifadəsi məsləhətdir. Ağır infeksion xəstəlik keçirən, kəskin alergik reaksiyası olan və altı aydan aşağı uşaqlara peyvəndin vurulması məsləhət deyil. Vaksinlərin hansı ölkələrdən gətiriləcəyi, qiyməti, eləcə də ödənişsiz olub-olmayacağı hələ ki, məlum deyil.
Azərbaycana qrip əleyhinə vaksin gətirilir
05
sentyabr
10:46

Qarabağ
KOMMENTLƏR
“Bu, biabırçılıqdan və möhtəkirlikdən başqa bir şey deyil” - Professor
Azərbaycanda vaksin ilk növbədə bu şəxslərə vurulacaq
"Qrip mövsümünə hazır olun" - ÜST-dən xəbərdarlıq
“Heç kəs məcburi şəkildə vaksinasiya edilə bilməz” - İnfeksionist
Pnevmoniya barədə 6 suala cavab – İnsanı öldürən xəstəliyin səbəbləri
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat