Ucar Rayon Prokurorluğu qatarın piyadanı vuraraq öldürməsi ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumatda deyilir:
"İyunun 21-i saat 12 radələrində Göyçay rayon sakini, 1977-ci il təvəllüdlü Akif İbrahimovun qatarın vurması nəticəsində aldığı xəsarətlərdən ölməsi barədə məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Bakı-Tbilisi dəmiryol xəttinin Ucar rayonu ərazisindən keçən 234-cü km-də hərəkətdə olan qatarın Akif İbrahimovu vurması nəticəsində sonuncu almış olduğu xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı Ucar Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 262.2-ci (dəmir yolu, su və ya hava nəqliyyatının hərəkət təhlükəsizliyi və istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda iş üzrə istintaq davam edir".
Qatarın piyadanı vuraraq öldürməsi ilə bağlı RƏSMİ MƏLUMAT
22
iyun
10:32

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat