Qida Təhlükəsizliyi Agentliyi dönər istehsalı və satışı ilə məşğul olan müəssisələrdə yoxlama həyata keçirib.
Qurumdan verilən məlumata görə, ölkədə qida təhlükəsizliyinin təmin edilməsi üzrə aparılan nəzarət tədbirlərini davam etdirir.
Həmin tədbirlər çərçivəsində Agentlik tərəfindən 1 may - 22 iyun tarixlərində ümumilikdə dönər istehsalı və satışı ilə məşğul olan 9 müəssisədə yoxlama həyata keçirilib.
Yoxlamalar zamanı sahibkarlar tərəfindən qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə riayət olunmadığı müəyyən edilib. Belə ki, 9 müəssisədə sanitariya-gigiyena norma və qaydalarına əməl edilməməsi, 3 müəssisədə məhsulların saxlanması zamanı mal qonşuluğu qaydalarının və temperatur rejiminin pozulması, 1 müəssisədə isə məhsulun etiketlənməsinə dair tələblərə riayət olunmaması faktı aşkarlanıb.
Aşkar edilmiş nöqsanlarla əlaqədar sahibkar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən, inzibati xəta haqqında protokol tərtib olunmaqla cərimə tətbiq edilib.
Dönərxanalarda nöqsanlar aşkarlandı
24
iyun
10:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat