Məşhur stilist Anar Ağakişiyev yenə də etdiyi fərqli makiyajla hər kəsi təəccübləndirib.
O, bu dəfə Əməkdar artist Zemfira Sadıxovanın xarici görünüşünü dəyişib.
Bu haqda stilist sosial şəbəkə hesabında bildirib. Anar şəxsi instaqram hesabında sənətçinin makiyajdan əvəlki və sonrakı vəziyyətini paylaşıb. 
"Bu yaxınlarda Zemfira Sadıxovanın 83 yaşı tamam oldu. Hədiyyə olaraq ona qeyri-adi və dəbli obraz yaratmaq qərarına gəldim", - deyə Ağakişiyev qeyd edib.
Aktrisanın xarici görünüşündəki dəyişiklik xeyli müzakirələr yaradıb. Yaşından qat-qat cavan görünən aktrisa yeni görünüşünü çox bəyənib.
BAKU.WS Əməkdar artistin sözügedən görüntülərini təqdim edir:








скачать dle 12.1