Bu barədə “Haber Global” məlumat verib.
Bildirilir ki, mesaj silindikdən sonra bununla bağlı xəbərdarlıqla yanaşı, “Geri qaytar” düyməsi də görünəcək.
Funksiyadan həm qrup mesajlarında, həm də fərdi mesajlarda istifadə etmək mümkündür.
O da qeyd olunur ki, “geri qaytar” düyməsi “Məndən sil” funksiyası ilə silinən ismarışları qaytarır, ancaq “Hər kəs üçün sil” funksiyası ilə silinmiş mesajlarda işləyib-işləməyəcəyi məlum deyil.
Hələ inkişaf mərhələsində olan yeni xüsusiyyətin hamı üçün nə vaxt əlçatan olacağı açıqlanmayıb.
