
Daha sonra narazı vətəndaş yazır: "Evdə açanda məlum oldu ki, bu aparat yalnız print edir, kopya və skaner xüsusiyyətləri yoxdur. Həmçinin printer belə xarabdır. Sabahı gün printeri servisə təhvil verdim, baş ofisdə qaytarılma ilə bağlı müraciət etdim. Sabah həll olunacaq deyildi. Printer mənə təcili lazımdır, işlərim yarımçıq qalıb, vurğuladım. Demək olar hər gün əlaqə saxlamışam, bugün sabah həll olunacaq. Bugün operator qız 14 iş günü ərzində müraciətə baxıldığını qeyd etdi. Burda sadəcə kamerada baxılıb deyilməlidir ki, mənə səhv və ya düz məhsul verilib. Bu niyə 14 iş günü çekməlidir ki? Niyə mənim işlərim sizin səhviniz ucbatından axsamadlıdır? Nağd pulla məhsul almışam, məhsulu səhv vermisiz. Bunu qaytarıb düzgün məhsulu vermək bu qədər çətin iş olmamalıdır axı..."