Yevlax rayon sakini Əkşəm kənd sakini Mais Mikayılov "Xalq Bank"ın ona əlavə borc yazdığını iddia edir.
Məsələ ilə bağlı "Unikal"a müraciət edən M.Mikayılov bankın ona qarşı fırıldaqçılıq etdiyini bildirib:
""Xalq Bank"dan götürdüyüm 5 min manat məbləğində kreditin ödəniş prosesində 2017-ci ildə 1 100 manat civarında problem yaranmışdı. Bank buna müvafiq olaraq cəriməsi ilə bərabər 2100 manat ödəməli olduğum barədə qərar verdi. Digər xərclərlə birgə 2 200 manat vəsaiti 2021-ci ilin dördüncü ayında tam ödəyib başa vurdum.
Bundan sonra bank sıfırlanmış borc barədə təmizlik arayışı verdi. Ötən ay isə "Xalq Bank" növbəti dəfə 2017-ci ilin məlum qərarını əsas tutaraq 2 100 manat banka borclu olduğum barədə məktub ünvanlayıb. Məktubun bir nüsxəsi də çalışdığım Mingəçevir şəhər Mərkəzi Xəstəxanasının mühasibatlığına göndərildi.
Buna əsasən əmək haqqımdan yenidən qərarda göstərilən borca uyğun məbləğ tutulmağa başlandı. Gülməli və çox acınacaqlı bir durum yaranıb. Borcumun tam ödənib bitdiyi barədə rəsmi arayış verən bank köhnə qərarını rəhbər tutaraq yenidən müştərisini qeyri qanuni şəkildə borclular siyahısına salıb. Mən Respublika Mərkəzi Bankına və Şəki Apellyasiya Məhkəməsinə müraciət etmişəm. Ədliyyə Nazirliyi yanında eksperiza komissiyası araşdırmalar nəticəsində bankın haqsız olduğu və hətta tərəfimdən "Xalq Bank"a 99 manat 30 qəpik artıq pul ödədiyim barədə qərar çıxarıb.
Buna baxmayaraq, məhkəmə iddiamı təmin etmədi", - deyə o əlavə edib.
"Nazirlik deyir artıq pul ödəmisən, "Xalq Bank" isə əlavə borc yazır" - ŞİKAYƏT
07
iyul
14:49

Qarabağ
KOMMENTLƏR
Yelo Bank müharibə veteranını məhkəməyə VERDİ - 100 manata görə
"Bank BTB"-də vəziyyət hələ də kritikdir - I rübün göstəriciləri
"Bank BTB”-dən 9 milyondan çox zərər - HESABAT
"Muğan Bank"ın bağlanmasına sayılı günlər - 40 milyonu tapa biləcəklərmi?
"Günay Bank" ötən ili 81% azalma ilə başa vurdu - RƏQƏMLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu